Dünyada koronavirusa yoluxanların sayı 1,1 milyonu ötdü

  04 Aprel 2020    Oxunub : 2082
 Dünyada koronavirusa yoluxanların sayı 1,1 milyonu ötdü
Dünyada koronavirusa (COVİD-19) yoluxma halları sürətlə artır.
Azvision.az xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət oranlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, hazırda COVİD-19 infeksiyasına yoluxanların sayı 1 milyon 100 min 283 nəfərdir.

Bu günədək 58 min 929 koronavirus xəstəsi dünyasını dəyişib. Virusa yoluxmuş 226 min 669 nəfər sağalaraq evə buraxılıb.

Şəhanə Rəhimova
Azvision.az

Teqlər: Koronavirus