Futbolçular Şaxta Baba seçdilər- SORĞU

Futbolçular Şaxta Baba seçdilər- SORĞU
  31 Dekabr 2013    Oxunub:3299
İlan ilini yola salıb, at ilini qarşılamaq ərəfəsindəyik. Yeni il bayramının ən əsas rəmzi şaxta baba olduğundan şaxta baba obrazında olan insanları son günlərin ən populyar siması saymaq olar.

“AzVision.az” saytı olaraq, bəzi yerli və əcnəbi futbol adamları ilə əlaqə saxlayıb Azərbaycan futbolunun şaxta babasını seçməyi xahiş etdik. Görək, kim hansı həmkarını şaxta baba obrazına uyğun görür. Beləliklə, keçirdiyimiz bu qeyri-adi sorğunu sizə təqdim edirik:

Tərlan Quliyev (“Neftçi”nin müdafiəçisi):

- Mən şaxtababa obrazında milli komandanın və “Bakı”nın qapıçısı Kamran Ağayevi görürəm.

Elşad Nəziri: (“İnter”in müdafiəçisi):

- Mənə elə gəlir ki, buna ən çox komanda yoldaşım Ruslan Əmircanov uyğun gəlir. Şaxtababa obrazına ondan yaxşı heç kim girə bilməz.

Səbuhi Həsənov (Ukraynanın “SK Zarya” klubunun müdafiəçisi ):

- Azərbaycan millisinin və “Bakı” klubunun yarımmüdafiəçisi Cavid Hüeynov ən yaxşı şaxtababa olar.

Cüneyt Biçər (“Xəzər Lənkəran” və “Bakı”nın sabiq çalışdırıcısı):

- Şaxtababanın saçı və saqqalı ağ olur, amma azərbaycanlı futbolçular qarabuğdayı və qara saçlı olduğundan şaxtababa obrazına o qədər də uyğun gəlmirlər. Bu baxımdan az-çox Branimir Subaşiçi fərqləndirərdim.

Vüqar Bəybalayev (“Bakı”nın müdafiəçisi):

- Məncə, komanda yoldaşım Cavid Hüseynov şaxtababa rolunun ən yaxşı ifaçısı olardı.

Anar Nəzirov (“Sumqayıt”ın qapıçısı):

- Şaxtababa kimi mənimlə eyni komandada çıxış edən Vurğun Hüseynovu görürəm.”

Fərrux Kərimov (klubsuz):

- Bu baxımdan Amit Quluzadənin adını çəkə bilərəm. Məncə, “Qəbələ”nin yarımmüdafiəçisi bunu yaxşı bacarar.

Elmar Baxşıyev (“Qəbələ”nin yarımmüdafiəçisi):

- Mən belə düşünürəm ki, futbolçular arasında ən yaxşı şaxtababa obrazını Rail Məlikov yarada bilər.

Asif Mirili (“İnter”in yarımmüdafiəçisi):

- Mən belə düşünürəmki, “Simurq” komandasında birgə çıxış etdiyim Nicat Qurbanov yaxşı şaxta baba olabilər.

Mehmet Ak (“Neftçi” və “Qarabağ”ın keçmiş məşqçisi):

-Mənim fikirimcə, ən yaxşı şaxtababa vaxtilə birgə çalışdığım Ruslan Əmircanov ola bilər.

Ramal Hüseynov (“Qaradağ Lökbatan”ın yarımmüdafiəçisi):

- Məncə, şaxtababa olmaq ən çox “Qarabağ”lı Rəşad Sadıqova yaraşar.

Elnar Kərimov (“Karvan”ın qapıçısı):

- İnşallah, sualınıza verəcəyim cavab heç kimin xətrinə dəyməz. Şaxt baba kimi təsəvvür etdiyim futbolçunun kimliyinə gəlincə, bu baxımdan “Rəvan”ın üzvü Aqil Nəbiyevi fərqləndirərdim.

Ender Günlü (AZAL və “Turan”ın sabiq yarımmüdafiəçisi):

- Şaxtababa qiyafəsində Cavid Hüseynovu görürəm.

Saşa Yunusoğlu (Türkiyənin “Dənizlispor” klubunun müdafiəçisi):

-Bu obraza Ruslan Əmircanovu uyğun görürəm. Məncə, əgər olduqca zarafatcıl insan olan Əmircanov şaxtababa olsa, çox maraqlı yeni il gecəsi keçirmək olar. Bundan başqa, Vaqif Cavadovu da qeyd edə bilərəm. Millimizin üzvü şaxtababa olsa, onda hədiyyələr bol olacaq, çünki Cavadov çox ürəyiaçıq oğlandır. Yox, əgər Elvin Əliyev şaxtababa olsa, o zaman yüz faiz heç bir hədiyyə qazanmaq olmayacaq. İnşallah, heç kim məndən inciməz, çünki bütün bunlar bir zarafatdır.

Tural Məmmədov
AzVision.az




Teqlər:  





Xəbər lenti