Fransada 600 hərbçi koronavirusa yoluxub
Parli əlavə edib ki, Fransa Silahlı Qüvvələrinin müdafiə infrastrukturunun inşası xidmətində çalışan mülki işçilərindən biri koronavirusdan ölüb. Bundan başqa, "Barxan" əməliyyatında iştirak edən dörd hərbçi virusa yoluxub.
Fransa Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon ölkədə koronavirusdan ölənlərin sayının 6,5 min nəfəri keçdiyini, yoluxanların ümumi sayının isə 64 min 338-ə çatdığını bildirib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Fransa Hərbiçi Koronavirus