Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır - YENİLƏNİB

 Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır -  YENİLƏNİB
  04 Aprel 2020    Oxunub:2874
Gürcüstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib. Onun sözlərinə görə, ürək çatışmazlığından əziyyət çəkən 79 yaşlı qadın dünyasını dəyişib.

Gürcüstan KİV-lərinin yaydığı məlumata əsasən, ölkədə koronavirusdan ölən qadın əslən azərbaycanlıdır. Həmin şəxs Marneuli rayonunun Kəpənəkçi kəndinin sakinidir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   yoluxma  





Xəbər lenti