ABŞ-la Almaniya arasında maska qalmaqalı

 ABŞ-la Almaniya arasında maska qalmaqalı
  04 Aprel 2020    Oxunub:2077
ABŞ Almaniyaya məxsus 200 min ədəd tibbi maskanı mənimsəyib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya hökuməti Çində fəaliyyət göstərən ABŞ şirkətinə ölkə polisinin istifadəsi üçün 400 min maska sifariş edib.

200 min maskanın Banqkok hava limanından Almaniyaya göndərilməsi nəzərdə tutulsa da, bu, baş tutmayıb. Almaniya hökuməti tərəfindən pulu ödənilən maskaların ABŞ-a göndərildiyi iddia edilir.

Ağ Ev iddiaları qəbul etməyib.

Qeyd edək ki, bundan əvvəl Fransa və Kanada ABŞ-ı oxşar hadisədə günahlandırmışdı.

Azvision.az



Teqlər: ABŞ   Almaniya  





Xəbər lenti