İranda əyalətlərarası səfərlər bərpa edilir

İranda əyalətlərarası səfərlər bərpa edilir
  05 Aprel 2020    Oxunub:2094
İran rəhbərliyi aprelin 18-dən etibarən əyalətlər arasında səfərləri bərpa etməyi planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani koronavirusa qarşı yaradılmış qərargahın iclasında bildirib.

"Əyalətlərdə şəxsi nəqliyyat vasitəsilə hərəkət sərbəstdir, lakin əyalətlər arasında səfərlər 18 aprelə qədər qadağandır", - deyə Ruhani vurğulayıb.

Xatırladaq ki, İranda koronavirusa yoluxanların sayı 55 min 743 nəfərə çatıb. Onlardan 3452 nəfər ölüb, 19 min 736 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  





Xəbər lenti