Moldovada 2 nəfər koronavirusdan ölüb

  05 Aprel 2020    Oxunub : 1249
Moldovada 2 nəfər koronavirusdan ölüb
Moldovada iki nəfər koronavirus pandemiyasının qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Viorika Dumbrevyanu məlumat verib. Onun sözlərinə görə, vəfat edənlər 41 yaşlı kişi və 61 yaşlı qadındır. Hər iki şəxs xroniki xəstəliklərdən əziyyət çəkib.

Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 752 nəfər təşkil edir, 12 ölüm faktı qeydə alınıb. Moldova parlamenti martın 17-dən 60 günlük fövqəladə tejim tətbiq edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Moldova   Koronavirus