İranda koronavirus qurbanları: 3600-dən çox ölən var

İranda koronavirus qurbanları:  3600-dən çox ölən var
  05 Aprel 2020    Oxunub:2851
İranda sutka ərzində koronavirusa 2483 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 58 min 226 minə çatıb, 3603 nəfər ölüb.

Bundan əvvəl isə İran Prezidenti Həsən Ruhani bildirib ki, aprelin 18-dən əyalətlərarası gediş-gəliş bərpa olunacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti