Hindistanda da koronavirusa yoluxanlar artır
Bildirilib ki, virusa yoluxanlardan 226 nəfər sağalıb, 77 nəfər isə ölüb.
Daha çox yoluxma halı Maharaştra (490), Tamilnand (485) ştatlarında qeydə alınıb. Sonrakı yerdə isə 445 nəfərlə paytaxt Dehli gəlir.
Hindistan hökuməti koronavirusa görə ölkədə 21 günlük, aprelin 14-dək karantin rejimi elan edib. Hökumət insanları vacib olmadığı halda küçələrə çıxmamağa çağırıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Hindistan Koronavirus