Sabiq Baş nazir koronavirusdan öldü

  05 Aprel 2020    Oxunub : 1890
Sabiq Baş nazir koronavirusdan öldü
Liviyanın sabiq Baş naziri Mahmud Cibril koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, "Əl-Arabiya" kanalının yaydığı məlumata görə, o, Qahirədə vəfat edib.

Son illər Liviyanın Milli Qüvvələr koalissiyasına rəhbərlik edən siyasətçi martın 27-də xəstəxanaya yerləşdirilib. Ona süni nəfəs aparatı qoşulub. Həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Cibril 2011-ci ildə Müəmmar Qəddafi əleyhdarları tərəfindən yaradılan keçid hökumətinin Baş naziri olub. Keçid hökuməti 2012-ci ilin avqustunda öz səlahiyyətlərini parlamentə verib. Onun rəhbərlik etdiyi partiya seçkilərdə yerlərin əksəriyyətini qazanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Liviya   Sabiq   Baş-nazir