Qarabağda etirazlar başladı - Ermənilər “seçki”dən narazıdır

  05 Aprel 2020    Oxunub : 3074
 Qarabağda etirazlar başladı - Ermənilər “seçki”dən narazıdır
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilən qondarma "parlament və prezident seçkiləri"nin nəticəsindən narazı qalan ermənilər etiraza qalxıb.
Azvision.az xəbər verir ki, 200-dən çox erməni Xankəndi şəhərində toplaşaraq "seçki" saxtakarlığına etirazını bildirib.

Aksiya iştirakçıları qanunsuz "seçkilərin" nəticəsinin ləğv olunmasını, qondarma qurumun rəhbəri Bako Saakyanın, "polis rəisi" Levon Mnatsakanyan və "Təhlükəsizlik Şurasının katibi" Arşavir Qaramyanın istefasını tələb ediblər.

Narazı ermənilər "seçkilər"in mənasız olduğunu deyiblər. Onlar saxtakarlıq və qanunsuzluğun hökm sürməsindən şikayətləniblər.

Xatırladaq ki, Qarabağdakı separatçı qurum martın 31-də "prezident və parlament seçkiləri" keçirib. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər bəyanat verərək "seçkiləri" tanımadıqlarını bildiriblər. Koronavirusun geniş yayıldığı bir vaxtda Paşinyanın "seçkilər" keçirməkdə məqsədi Qarabağdakı separatçı rejimə öz adamını yerləşdirmək olub.

Azvision.az

Teqlər: Qarabağ   Seçki   Etiraz