İtaliyada virus qurbanlarının sayı 16 minə çatır

  05 Aprel 2020    Oxunub : 2769
 İtaliyada virus qurbanlarının sayı 16 minə çatır
İtaliyada koronavirus qurbanlarının sayı artıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, son sutka ərzində İtaliyada koronavirusdan 525 nəfər dünyasını dəyişib, 4316 yeni yoluxma qeydə alınıb. Bununla da ölkədə ölənlərin ümumi sayı 15 min 887 nəfərə çatıb.

Qeyd edək ki, İtaliyada indiyədək 128 min 948 nəfərdə koronavirus aşkar edilib.

Azvision.az

Teqlər: İtaliya   Koronavirus