Çavuşoğlu Boris Consonun səhhəti ilə maraqlandı

  06 Aprel 2020    Oxunub : 933
Çavuşoğlu Boris Consonun səhhəti ilə maraqlandı
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu britaniyalı həmkarı Dominik Raab ilə telefon danışığı aparıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çavuşoğlu Böyük Britaniyanın Baş Naziri Boris Consonun səhhəti ilə maraqlanıb.

Qeyd edək ki, martın 27-də Baş Nazir Boris Consonda koronavirus aşkarlanıb. O, şəxsi həkiminin məsləhəti ilə evdə özünütəcriddən sonra xəstəxanaya yerləşdirilib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: MövludÇavuşoğlu   BorisConson