Yaponiya fövqəladə vəziyyət rejiminə keçir

  06 Aprel 2020    Oxunub : 1859
Yaponiya fövqəladə vəziyyət rejiminə keçir
Yaponiya hökuməti ölkədə fövqəladə rejim elan etməyə hazırlaşır.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş Naziri Sindzo Abe məlumat verib.

O bildirib ki, COVİD-19 pandemiyasının yayılması ilə əlaqdəar fövqəladə vəziyyət elan etmək üçün hazırlıqlara başlanıb. Fövqəladə vəziyyətin mayın 6-dək davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Yaponiyada koronavirusa yoluxanların sayı 4586 nəfərdir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yaponiya   fövqəladə