10 milyonuncu vətəndaşımızın 1 yaşı oldu - FOTOLAR
Bir yaşlı Mehribanın atası Rauf Həsənov Azvision.az -a bildirib ki, övladının doğum gününü evdə ailə üzvləri ilə birlikdə qeyd edəcəklər.
R.Həsənov tezliklə daha bir qız övladının dünyaya gələcəyini deyib: “İnşallah bu yaxınlarda evimizdə növbəti övlad səsi gələcək. Balaca Mehribanımızın bacısı anadan olacaq. Qızım artıq gəzir. Mənə ata deyir, hər gün işə yola salır, sağollaşır. İşdən qayıdan da qapının qarşısında qarşılayır”.
Qeyd edək ki, ötən ilin aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakini doğulub. Bakı şəhərində dünyaya gələn qıza Mehriban adı qoyulub. Uşağın valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.
Aytən Zəhra
Azvision.az
Teqlər: Vətəndaş