İspaniyada 19 mindən çox tibb işçisi virusa yoluxub

  06 Aprel 2020    Oxunub : 1255
İspaniyada 19 mindən çox tibb işçisi virusa yoluxub
İspaniyada 19 mindən çox tibb işçisi koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların 20%-i sağalaraq evə buraxılıb, 10%-i hazırda xəstəxanadadır. Əksər tibb işçisi isə evdə müalicə olunur. 13 nəfər isə koronavirus qurbanı olub.

Qeyd edək ki, İspaniyada 135 min nəfər koronavirusa yoluxub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İspaniya   Həkim