İbrahim Tatlısəsin qızı koronavirusa yoluxdu

  06 Aprel 2020    Oxunub : 1752
 İbrahim Tatlısəsin qızı koronavirusa yoluxdu
Məşhur müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs koronavirusa yoluxub.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə müğənninin qızı özünün sosial hesabından məlumat verib. O, bildirib ki, oynaq ağrıları, dad və iy bilmənin itirməsindən sonra koronavirus testi etdirib. Analizin nəticəsi müsbət çıxıb.

Qeyd edək ki, bir müddət öncə Dilan Çıtakın sevgilisi Ləvənt Dörtər də karanovirusa yoluxmuşdu. O, 10 gün müalicə aldıqdan sonra xəstəxanadan evə buraxılmışdı.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İbrahimTatlısəs