ABŞ-da virusdan ölənlərin sayı 10 minə çatır

  06 Aprel 2020    Oxunub : 1613
ABŞ-da virusdan ölənlərin sayı 10 minə çatır
ABŞ-da koronavirus qurbanlarının sayı son 24 saat ərzində 1151 nəfər artıb.
Azvision.az "Habertürk"ə istinadən xəbər verir ki, bununla da Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin ümumi sayı 9654-ə çatıb.

Con Hopkins universitetinin yaydığı son məlumata görə, virusa yoluxma sayı bir gündə 25 min 722 nəfər artaraq 337 min 971 olub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ABŞ   Koronavirus