Azərbaycanda 500-dək özəl tibb müəssisəsi var
Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və xidmətin keyfiyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır.
Nazirliyin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, tibb fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi işinin təkmilləşdirilməsi məqsədilə xüsusi komissiya və analitik ekspertiza mərkəzində müvafiq şöbə yaradılıb. Bu sahədə nəzarətin gücləndirilməsi nəticəsində yalnız Bakı şəhərində lisenziyasız fəaliyyət göstərən stomatoloji xidmət göstərən 200-dən artıq hüquqi və fiziki şəxslər aşkar edilərək barələrində müvafiq tədbir görülüb.
Ümumiyyətlə, 2013-cü ildə xüsusi razılıq (lisenziya) olmadan 376 özəl tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğulolma faktı aşkarlanaraq inzibati icraat aparılıb.