İşdən çıxarılan neftçilərə 6 aylıq kompensasiya

İşdən çıxarılan neftçilərə 6 aylıq kompensasiya
  01 Yanvar 2014    Oxunub:1247
147 neftçi işdən çıxarıldı.
AzVision.az xəbər verir ki, “Bahar Energy Operating Company” (BEOC) şirkəti 147 neftçinin ixtisar edildiyini bu gün rəsmən elan edib.

Şirkət bəyan edib ki, 147 əməkdaşlı əmək müqaviləsi 2014-cü ildə yenidən bağlanmayacaq.

“Bu qərar bütün amillərin diqqətlə öyrənilməsindən sonra qəbul edilib və ən müasir avadanlıqlar tətbiq edən, biznes prosesini avtomatlaşdıran BOEC-in daha effektiv şirkətə çevrilmək səyləri ilə bağlıdır” - deyə şirkətin bəyanatında bildirilir.

BOEC bildirir ki, işdən azad edilən əməkdaşlara kömək etmək üçün şirkətin rəhbərliyi onlara altı aylıq əmək haqqı həcmində kompensasiya təyin edib.

“BOEC şirkəti qəbul edilən qərarla bağlı təəsüfləndiyini bildirir” deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, “Bahar Energy” şirkətinin səhmlərinin 66 faizinə iş adamı Hafiz Məmmədovun rəhbəri olduğu “Baghlan Group” nəzarət edir. Səhmlərin qalan hissəsi ABŞ-ın “Greenfields Petrolium”adlı şirkətə məxsusdur. “Bahar Energy” 2009-cu ildə Xəzərdəki “Qum dəniz” və “Bahar” yataqlarının istismarına dair ARDNŞ-lə müqavilə bağlayıb.

virtualaz.org


Teqlər:





Xəbər lenti