ÜST: Dünyada 5,9 milyon tibb bacısı çatışmır

  07 Aprel 2020    Oxunub : 1869
 ÜST: Dünyada 5,9 milyon tibb bacısı çatışmır
Koronavirusla bağlı vəziyyət fonunda dünya birliyi tibb bacılarının kəskin çatışmazlığını yaşayır. Hazırda dünyada ən azı 5,9 milyon tibb bacısı çatışmazlığı var.

Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Dünyada tibb bacıları ilı bağlı vəziyyət - 2020" hesabatında bildirilib.
Hesabatda vurğulanıb ki, dünyada 28 milyondan bir qədər az tibb bacısı çalışır. 2013-cü ildən 2018-ci ilə qədər onların sayı 4,7 milyon artıb. Bununla belə, 5,9 milyon tibb bacısı çatışmazlığı hələ də qallr. Tibb bacılarının ən kəskin çatışmazlığı Afrika, Cənub-Şərqi Asiya və ÜST-nin Aralıq dənizi bölgəsi, habelə Latın Amerikası ölkələrindədir.

Hesabata görə, qlobal kadr çatışmazlığının qarşısını almaq üçün bu problemlə üzləşən ölkələrdə məzun tibb bacılarının sayını ildə orta hesabla 8% artırmaq lazımdır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ÜST