Türkiyədə 725 nəfər koronavirusdan ölüb

  07 Aprel 2020    Oxunub : 2682
 Türkiyədə 725 nəfər koronavirusdan ölüb
Türkiyədə son sutka ərzində 76 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 3892 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 725, yoluxanlar isə 34 min 109 nəfərə çatıb.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus