İran səfiri Azərbaycana təşəkkür etdi

 İran səfiri Azərbaycana təşəkkür etdi
  08 Aprel 2020    Oxunub:2461
İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə Azərbaycana təşəkkür edib.
Azvision.az xəbər verir ki, bununla bağlı səfirliyin "Twitter" səhifəsində paylaşım edilib.

“Səfir Cavad Cahangirzadə COVİD-19-la mübarizədə Azərbaycan hökumətinin iranlılarla həmrəyliyini göstərən tədbirlərini (İran bayrağının Heydər Əliyev Mərkəzinin binasında əks olunması) təqdir edir və bu tədbiri koronavirusla mübarizədə iranlılarla həmrəyliyin əlaməti kimi dəyərləndirir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, aprelin 7-də Heydər Əliyev Mərkəzinin binası üzərində İran İslam Respublikasının bayrağı videoproyeksiya olunub.



COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı, ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq musiqilərinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.



Kənan Məmmədov
Azvision.az


Teqlər: İran   Səfir  





Xəbər lenti