İtaliyada tibbi maska 10 avroya satılır - VİDEO

İtaliyada tibbi maska 10 avroya satılır -  VİDEO
  08 Aprel 2020    Oxunub:2021
İtaliyanın San Severo şəhərinin bələdiyyə sədri Françesko Miglio tibbi maskaları əhaliyə baha qiymətə satanları sərt tənqid edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, mer 1 avroya olan maskaları 10 avroya satan "alverçiləri" qaniçən adlandırıb.

"Maskaları 10 avroya satanların utanması lazımdır. Sizlər sələmçidən başqa bir şey deyilsiniz. Xeyir güdmək vaxtı deyil, həmrəylik göstərmək zamanıdır", - deyə bələdiyyə sədri müraciət edib.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: İtalya  





Xəbər lenti