Koronavirusa yoluxan həkimlərə 2500 dollar veriləcək

Koronavirusa yoluxan həkimlərə 2500 dollar veriləcək
  08 Aprel 2020    Oxunub:2354
Qırğızıstanda koronavirusa yoluxan həkimlərin hər birinə 2500 dollar pul veriləcək.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə COVID-19 ilə mübarizə üzrə respublika qərargahından məlumat verilib.

Bildirilib ki, tibb işçiləri arasında pandemiyadan ölüm olduğu halda onların ailələrinə 12 min 500 dollar məbləğində kompensasiya veriləcək.

Qeyd edək ki, Qırğızıstanda 270 nəfər koronavirusa yoluxub, onlardan 32-si həkimdir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti