Ərdoğan yaşlı insanlara məktub yazdı: “Qətiyyən evdən çıxmayın”

 Ərdoğan yaşlı insanlara məktub yazdı:  “Qətiyyən evdən çıxmayın”
  09 Aprel 2020    Oxunub:2765
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaşı 65-dən yuxarı olan ölkə vətəndaşlarına məktub yazıb.
Azvision.az xəbər verir ki, Türkiyədə yaşlı insanlara paylanılan gigiyenik vasitələrin çantasına Prezidentin məktubu qoyulub.

Ərdoğan məktubunda Türkiyənin koronavirusla mübarizədə səhiyyə sisteminin gücündən və hazırlığından yazıb. O bildirib ki, ən böyük məsuliyyət vətəndaşların üzərindədir:

"Xahişim budur ki, epidemiya təhlükəsi aradan qalxana qədər evlərinizdə qalasınız və qətiyyən çölə çıxmayasınız. Bu, sizi epidemiyadan qorumağın ən təsirli yoludur. Heç bir virus, heç bir epidemiya Türkiyədən güclü deyil. "İnsanlar yaşasın, dövlət yaşasın" anlayışı olan bir mədəniyyətin varisləri olaraq prioritetimiz hər bir vətəndaşın sağlamlığıdır".

Ərdoğan yüksək risk qrupuna daxil olan və ehtiyaclarını ödəyə biləcək qohumu olmayan vətəndaşları tək qoymayacaqlarını söyləyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti