İcbari həyat sığortası potensial bazarı tam tutulmayıb
Onun sözlərinə görə, bu gün, əsasən, böyük şirkətlər öz işçilərini icbari sığortanın istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində oeşə əmək qabiliyyətinin itirilməsi növü üzrə sığorta edirlər, kiçik və orta biznes isə hələ əhatə olunmamış qalır.
Lakin Ə.Mədətov dövlət orqanları, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birlikdə sığorta edənlərin sahibkarlığın bu seqmentini də icbari sığortaya cəlb edə biləcəklərinə ümidini ifadə edib.
Onun fikrincə, buna sığorta qanunvericiliyinə bu yaxınlarda edilmiş dəyişikliklər kömək edəcək.