Pakistanda koronavirusa yoluxanların sayı artıb

  09 Aprel 2020    Oxunub : 1336
Pakistanda koronavirusa yoluxanların sayı artıb
Pakistanda yeni növ koronavirusa yoluxanların sayı 4414 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, xəstələrdən 63 nəfər ölüb.

Pakistan hökumətinin rəsmi saytında yer alan verilən məlumata görə, ölkədə 44 min test aparılıb.

Qeyd edək ki, Pakistanda aprelin 14-dək karantin rejimi elan edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Pakistan   Koronavirus