Tramp Səudiyyə kralı və Putinlə nefti müzakirə etdi

Tramp Səudiyyə kralı və Putinlə nefti müzakirə etdi
  10 Aprel 2020    Oxunub:1952
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin və Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizlə telefonla danışıb.
Azvision.az xəbər verir ki, bu barədə Tramp keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir saatdan çox davam edən danışıqlarda əsas müzakirə mövzusu neftin dünya bazarlarındakı qiyməti olub.

Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən müzakirələrin yekununda yeni ”Əməkdaşlıq Bəyannaməsi” Meksikanın təklif olunan həcmlərlə razılaşacağı şərti ilə qəbul edilib.

Azvision.az


Teqlər: OPEC   Tramp   Rusiya  





Xəbər lenti