COVID-19: ABŞ-da bir gündə 1904 nəfər öldü
Qeyd edilib ki, son 24 saat ərzində ABŞ-da COVID-19 infeksiyasından 1904 nəfər ölüb. Ümumilikdə isə 16 672 nəfər pandemiyanın qurbanı olub.
ABŞ hazırda koronavirusa yoluxma halların sayına görə dünyada birinci, ölüm hallarının sayına görə İtaliyadan sonra ikinci yerdədir. Ümumilikdə Amerikada koronavirusa yoluxanların sayı 425 mini ötüb, 25 min xəstə sağalıb.
Azvision.az
Teqlər: ABŞ Koronavirus