Türkiyə Britaniyaya yardım göndərdi

  10 Aprel 2020    Oxunub : 2052
Türkiyə Britaniyaya yardım göndərdi
Türkiyə Böyük Britaniyaya hərbi yük təyyarəsi ilə tibbi maska və kombinezon göndərib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yardım pketlərinin üzərində Hz. Mövlanənin "ümidsizliyin arxasında necə ümidlər var, qaranlığın arxasında necə günəşlər var" sözləri yazılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə koronavirusun geniş yayıldığı Britaniyaya sabah da yardım göndəriləcək.

Qeyd edək ki, Türkiyə ötən həftə İspaniya və İtalyaya da tibbi ləvazimatlar göndərib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Türkiyə   İngiltərə