Rusiyada koronavirusu 20 dəqiqəyə aşkarlayan test hazırlandı

Rusiyada koronavirusu 20 dəqiqəyə aşkarlayan test hazırlandı
  10 Aprel 2020    Oxunub:2212
Rusiyada 20 dəqiqə ərzində koronavirusu aşkarlayan test sistemi hazırlanıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Federal Biotibb Agentliyi koronavirusun aşkarlanması üçün çip əsasında test sistemi təqdim edib. Yeni test siteminə əsasən nəticələr 15-20 dəqiqə ərzində bəlli olacaq.

"İl yarım əvvəl Rusiyanın Səhiyyə naziri Veronika Skvortsovanın göstərişinə əsasən Troitsk Mühəndislik Mərkəzində Göstərici-Bio cihazı hazırlanıb. Bu gün xüsusi mikrofluid çiplər əsasında təqdim olunan test sistemi bu cihazda istifadə üçün nəzərdə tutulub", -deyə agentlikdən bildirilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti