Boris Conson koronavirusdan sağalır

 Boris Conson koronavirusdan sağalır
  10 Aprel 2020    Oxunub:2329
Böyük Britaniyanın koronavirusa yoluxan Baş Naziri Boris Conson sağalmanın ilkin mərhələsindədir.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə hökumət nümayəndəsi məlumat verib.

Bildirilib ki, ötən gün palataya yerləşdirilən Consonun əhvalı əvvəlki kimi yaxşıdır. Baş Nazirin nə zaman evə buraxılacağı isə hələlik məlum deyil. Onun xəstəxanadan çıxması həkimlərin tövsiyəsi əsasında mümkün olacaq.

Qeyd edək ki, martın 27-də Böyük Britaniyanın Baş Naziri Boris Consonda koronavirus aşkarlanıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BorisConson  





Xəbər lenti