Türkiyədə komendant saatı tətbiq ediləcək

  10 Aprel 2020    Oxunub : 2157
 Türkiyədə komendant saatı tətbiq ediləcək
Sabahdan etibarən Türkiyənin 30 şəhər və bir vilayətində komendant saatı tətbiq olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, komendant saatı iki günlük nəzərdə tutulub.

Qeyd olunub ki, aprelin 11-i saat 00:00-dan aprelin 13-ü saat 00:00-dək Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Dənizli, Diyarbakır, Ərzurum, Eskişehir, Qaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və Zonquldağda əhalinin küçəyə çıxması qadağandır.

Azvision.az

Teqlər: Türkiyə