ABŞ-da koronavirusa yoluxanların sayı yarım milyonu ötüb

 ABŞ-da koronavirusa yoluxanların sayı yarım milyonu ötüb
  11 Aprel 2020    Oxunub:2541
ABŞ-da koronavirusa yoluxanların sayı 500 min 399 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, Birləşmiş Ştatlarda pandemiya qurbanlarının sayı 18 min 637 nəfərdən çoxdur.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxanların sayına görə dünyada birinci yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Koronavirus  






Xəbər lenti