Almaniyada bir gündə 4133 nəfər koronavirusa yoluxdu

 Almaniyada bir gündə 4133 nəfər koronavirusa yoluxdu
  11 Aprel 2020    Oxunub:2978
Almaniyada son 24 saat ərzində 4133 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 117 min 658 nəfərə çatıb. Koronavirus qurbanlarının sayı 2544 nəfərdir. İndiyədək 57 min 443 xəstə sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Almaniya   virus  






Xəbər lenti