Rusiya həbsxanasında qiyam - Yaralılar var

  11 Aprel 2020    Oxunub : 2343
 Rusiya həbsxanasında qiyam -  Yaralılar var
Rusiyanın Anqarsk şəhərində 300 məhbusun saxlanıldığı həbsxanada qiyam olub.
Azvision.az xəbər verir ki, həbsxana nəzarətçiləri ilə məhbuslar arasında başlayan qarşıdurma qiyama çevrilib.

Belə ki, məhbuslar nəzarətçilərin kameralarda axtarış aparmasına mane olublar. Qarşıdurma zamanı bir məhbus qolundan yaralanıb. Buna etiraz edən 17 məhbus biləklərini doğrayıb. Hadisədən xəbər tutan digər dustaqlar təhlükəsizlik kameralarını sındıraraq qiyam qaldırıblar.

Bundan başqa, etirazçılar həbsxanada yanğın törədiblər. Qiyam zamanı çox sayda məhbusun yaralandığı bildirilir.

Qeyd edək ki, həbsxanadakı qiyam hələ də yatırılmayıb. Hökumət cəza evinə əlavə təhlükəsizlik qüvvələri göndərib. Prokurorluq isə hadisə ilə bağlı araşdırmalara başlayıb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Rusiya   Həbsxana   Qiyam