ABŞ senatoru Çinin cəzalandırılmasını tələb etdi

 ABŞ senatoru Çinin cəzalandırılmasını tələb etdi
  11 Aprel 2020    Oxunub:2565
"Pandemiya Çin hökuməti və onun davranışlarına görə başladı. Bu, Çindən gələn üçüncü xəstəlikdir".
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu fikirləri ABŞ senatoru Lindsi Qrem səsləndirib.

Senator bildirib ki, Çin amerikalıların ölümünə və işsiz qalmalarına görə məsuliyyət daşıyır. Onun sözlərinə görə, ABŞ Çini davranışını dəyişdirməyə məcbur etməli və sərt şəkildə cəzalandırmalıdır.

"Çinə olan borcumuzun bir hissəsini silməliyik. Çünki biz onlara deyil, onlar bizə ödəməlidirlər", - deyə senator vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Çin  





Xəbər lenti