Dünyada koronavirusa yoluxanların sayı 1,7 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 1,7 milyonu keçdi
  11 Aprel 2020    Oxunub:4309
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 1 milyon 701 min 184 nəfərə çatıb.
Azvision.az worldometers-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 102 min 815 nəfərdir.

İndiyədək 376 min 813 nəfər xəstəlikdən sağalıb. Hazırda 49 min 835 nəfərin vəziyyəti ağırdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   COVİD-19  






Xəbər lenti