COVID-19: İsraildə ölən və yoluxanların sayı artdı

  COVID-19:  İsraildə ölən və yoluxanların sayı artdı
  11 Aprel 2020    Oxunub:2779
İsraildə koronavirusa yoluxanların sayı 10 min 505 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, indiyədək 1236 xəstə sağalıb, 95 nəfər isə koronavirusun qurbanı olub. Hazırda 191 nəfərin vəziyyəti ağırdır, onlardan 132-si süni tənəffüs aparatına qoşulub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İsrail  






Xəbər lenti