Türkiyədə ərzaq məhsulları evlərə çatdırılır

Türkiyədə ərzaq məhsulları evlərə çatdırılır
  11 Aprel 2020    Oxunub:1968
Türkiyədə iki günlük küçəyə çıxma qadağası tətbiq edildikdən sonra ərzaq məhsullarının evlərə çatdırılmasına başlanılıb.
Azvision.az xəbər verir ki, vətəndaşlara evdən çıxmadan çörək və digər ərzaq məhsullarını sifariş etmək imkanı yaradılıb.

Qeyd edək ki, Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin 30 şəhər və bir vilayətində iki günlük komendat saatı tətbiq edib. iki gün ərzində Zonquldaq vilayəti, Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbəkır, Ərzurum, Eskişehir, Qaziantep, Hatay, İstanbul, İzmir, Qəhrəmanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon və Van sakinlərinin küçəyə çıxması qadağan olunub.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti