İspaniyada koronavirusdan ölüm halları azaldı

İspaniyada koronavirusdan ölüm halları azaldı
  11 Aprel 2020    Oxunub:2795
İspaniyada son 24 saat ərzində 510 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu, İspaniyada martın 23-dən bu günədək ən aşağı ölüm göstəricisidir.

Belə ki, ölkədə koronavirus qurbanlarının ümumi sayı 16 min 353, yoluxanların say isə 161 min 852 nəfərə çatıb. Onlardan 4,8 min nəfərinə son sutka ərzində diaqnoz qoyulub. 60 min nəfər isə xəstəlikdən sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İspaniya  






Xəbər lenti