“Koronavirusun mənbəyi Çin deyil, ABŞ-dır” - Araşdırmanın nəticəsi

 “Koronavirusun mənbəyi Çin deyil, ABŞ-dır” -  Araşdırmanın nəticəsi
  11 Aprel 2020    Oxunub:6004
İngilis genetiki Peter Forster ABŞ və Avstraliyada A tipli koronavirusun aşkar edildiyini bildirib.

Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, Forster araşdırma nəticəsində koronavirusun gen xəritəsinə dair təəccüb doğuran məqamları üzə çıxarıb.
160 koronavirus genetik kodunun araşdırıldığını deyən Forsterin sözlərinə görə, A tipli virus yarasalardan əmələ gəlir və "koronavirusun atası" sayılır. Bu virusa ilk olaraq ABŞ-da rast gəlinib.

İngilis genetiki Çində müşahidə edilən virusun mutasiyaya uğrayan B tipli koronavirus olduğunu, C tipli virusun isə Avropa ölkələrində yayıldığını qeyd edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Virus  





Xəbər lenti