ABŞ koronavirusdan ölüm sayına görə birinci oldu - YENİLƏNİB

ABŞ koronavirusdan ölüm sayına görə birinci oldu -  YENİLƏNİB
  12 Aprel 2020    Oxunub:5651
ABŞ-da koronavirusa yoluxanların və ölənlərin sayı rekord həddə çatıb.
Azvision.az Worldometers-ə istinadən xəbər verir ki, ABŞ-da indiyədək 521 min 365 nəfər virusa yoluxub. 18 min 489 yoluxma faktı yeni qeydə alınıb.

Birləşmiş Ştatlarda bu gün daha 1307 nəfər ölüb. Nəticədə ölkə üzrə ölüm sayı 20 min 54 nəfərə çatıb. Hazırda bu göstərici ilə ABŞ İtaliyanı (19 min 468) qabaqlayaraq birinci yerə yüksəlib.



***
(20:27)

ABŞ-da koronavirusa yoluxanların sayı 503,4 min nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə ABŞ Səhiyyə Xidməti məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində virusdan 2,2 mindən çox insan ölüb. Ümumilikdə isə ABŞ-da COVID-19 xəstəliyi 18,8 min nəfərin həyatına son qoyub. Ölkə üzrə indiyədək 27,3 min nəfər xəstəlikdən sağalıb.

Azvision.az


Teqlər: ABŞ   Koronavirus  






Xəbər lenti