Messi Ronaldoyla bir məvacib alacaq

Messi Ronaldoyla bir məvacib alacaq
  02 Yanvar 2014    Oxunub:1770
"Barselona" rəhbərliyi Messi ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.
İspaniyanın "Barselona" klubunun rəhbərliyi və argentinalı forvard Lionel Messi yeni müqavilənin şərtləri barədə prinsipial razılığa gəliblər. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni razılaşmaya əsasən, 26 yaşlı hücumçunun məvacibi "Real"ın portuqaliyalı forvardı Kriştianu Ronaldonun gəlirinə bərabər olacaq - ildə 21 milyon avro. Hazırkı müqavilənin şərtlərinə əsasən, Messi ildə 16 milyon avro əməkhaqqı alır. Argentinalının bu müqaviləsinin müddəti 2017/18-ci il mövsümünün sonuna qədər qüvvədədir.

Lionel Messi katalon klubunun şərəfini 2004-cü ildən qoruyur. Bu müddətdə o, 6 dəfə İspaniya çempionu, iki dəfə ölkə kubokunun və 6 dəfə Superkubokun sahibi olub. Messi "Barsa" ilə üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Superkubokunun və dünya klub çempionatının qalibi adını qazanıb. Bütün bunlarla yanaşı, argentinalı forvard 4 dəfə "Qızıl top"a sahib çıxıb.


Teqlər:





Xəbər lenti