ABŞ tarixində ilk: Genişmiqyaslı fəlakət rejimi elan olundu

  ABŞ tarixində ilk:  Genişmiqyaslı fəlakət rejimi elan olundu
  12 Aprel 2020    Oxunub:7279
ABŞ Prezidenti Donald Tramp Vayominq ştatında genişmiqyaslı fəlakət rejimi elan edib.

Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Djadd Dir bildirib. Onun sözlərinə görə, bununla da ölkə tarixində ilk dəfə olaraq bütün ştatlarda fövqəladə rejim elan olunub.

"Tarixdə ilk dəfə Prezident eyni vaxtda 50 ştatda genişmiqyaslı fəlakət rejimi elan edir", - deyə o, " Twitter"də yazıb.
Qeyd edək ki, Tramp bu il fevralın 15-də və martın 13-də fövqəladə vəziyyət elan etsə də, bu, bütün ştatları əhatə etməyib.

Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da koronavirusa 519 min 453-dən çox yoluxma qeydə alınıb, 20 071 nəfər bu xəstəlikdən ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Koronavirus  






Xəbər lenti