Qırğızıstanda 62 tibb işçisi koronavirusa yoluxub

Qırğızıstanda 62 tibb işçisi koronavirusa yoluxub
  12 Aprel 2020    Oxunub:2682
Qırğızıstanda koronavirusa yoluxanların sayı 377 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkədə COVİD-19-la mübarizə üzrə yaradılmış qərargah məlumat yayıb.

Məlumata görə, aprelin 12-də 38 yeni yoluxma qeydə alınıb. Onların 12 nəfəri tibb işçisidir. Ümumilikdə isə 62 tibb işçisi koronavirusa yoluxub, beş nəfər ölüb.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət elan olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qırğızıstan   Koronavirus  






Xəbər lenti