Bayden Alyaskada ilkin seçkilərdə qalib gəldi

 Bayden Alyaskada ilkin seçkilərdə qalib gəldi
  12 Aprel 2020    Oxunub:3389
ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden Alyaska ştatında ilkin seçkilərdə qalib gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Demokrat Partiyasının ştatdakı ofisi məlumat yayıb.

Bayden Alyaska ştatında 55,3%, seçki yarışını tərk etmiş senator Berni Sanders isə 44,7 faiz səs alıb.

Səsvermə daha əvvəl aprelin 4-nə planlaşdırılsa da, koronavirusa görə təxirə salınmışdı.

Xatırladaq ki, senator çərşənbə günü prezident seçkiləri yarışını tərk etsə də, adının bülletendə qalmasına üstünlük verib və 44,7% səs toplayıb. Beləliklə, Bayden doqquz, Sanders isə səkkiz nümayəndənin dəstəyini alıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Bayden  





Xəbər lenti