Zelenski koronavirusla mübarizədən yorulduğunu etiraf etdi

   Zelenski koronavirusla mübarizədən yorulduğunu etiraf etdi
  12 Aprel 2020    Oxunub:2991
Ukrayna Prezidenti Vladimir Zelenski koronavirusla (COVİD-19) mübarizə aparmaqdan yorulduğunu etiraf edib.
Azvision.az xəbər verir ki, bu barədə Zelenski özünün "Instagram" səhifəsində yazıb.

Dövlət başçısı bildirib ki, izləyiciləri tez-tez onun və hökumətin digər nümayəndələrinin yorğun göründüklərini yazırlar.

"Düşünürəm ki, biz həqiqətən də yorulmuşuq. Ancaq təslim olmamışıq. Koronavirusla mübarizəmiz davam edir", - deyən Zelenski ukraynalıların bunun öhdəsindən gələcəyinə əminliyini ifadə edib.

"Mən səbrsizliklə koronavirusla bağlı müraciətimin yalnız bir cümlədən ibarət olacağı günü gözləyirəm: "Ukraynada xəstə və ölən yoxdur".

Xatırladaq ki, Ukraynada 2511 nəfər koronavirusa yoluxub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti