Türkiyədə reanimasiyaya yerləşdirilən xəstələrin sayı azalıb

 Türkiyədə reanimasiyaya yerləşdirilən xəstələrin sayı azalıb
  12 Aprel 2020    Oxunub:3109
Türkiyədə koronavirus xəstələrinin müalicə tablosunda yeni bir inkişaf nəzərə çarpır.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabında yazıb.

O bildirib ki, ilk dəfə reanimasiya bölməsindəki xəstələrin sayı azalıb: "Türkiyə miqyasında 6 universitetimizin alimləri eyni fikirlə razıdırlar. Onlar hesab edirlər ki, bu, həyata keçirilən müalicə tədbirlərin nəticəsidir".

Nazirin sözlərinə görə, bu gün ilk dəfə reanimasiyaya yerləşdirilən və süni nəfəs aparatına qoşulan xəstə sayında azalma var: "Yəni, 3-3,5 faiz azalma olub. Bu, son dərəcə əhəmiyyətlidir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  






Xəbər lenti